AFFA iki futbolçunu ömürlük futboldan kənarlaşdırıb
AFFA iki futbolçunu ömürlük futboldan kənarlaşdırıb
“Keşlə”nin müqavilələrinə xitam verdiyi oyunçuları Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilib.

WWW.MON.AZ AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı İntizam Komitəsinin iclasında qəbul olunub.

Qərarda deyilir ki, “Keşlə” Peşəkar Futbol Klubunun AFFA-ya rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlara əsasən, iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə N.Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilsin.

Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər futbolçular barədə araşdırma davam etdirilsin.

Tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilərlər.

WWW.YAD.AZ
Şahidi olduğunuz hadisə barədə bizə xəbər edin:
055 480 75 35 (WhatsApp)AFFA iki futbolçunu ömürlük futboldan kənarlaşdırıb


AFFA, iki futbolçunu, ömürlük, futboldan, kənarlaşdırıb
Müəllif: dj_natiq
94 01.12.17


Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi