Avropa Liqasında V turun ən yaxşı oyunçusu bəlli olub
Avropa Liqasında V turun ən yaxşı oyunçusu bəlli olub
Rusiyanın “Lokomotiv” klubunun futbolçusu Cefferson Farfan Avropa Liqasında həftənin oyunçusu seçilib.

YAD.AZ “Report”a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu Moskva təmsilçisinin V turda Danimarka “Kopenhagen”ini 2:1 hesabı ilə məğlub etdiyi görüşdə 2 qol vurmaqla buna nail olub.

Perulu futbolçu səslərin 41 fazini toplayıb. C.Farfandan sonra ən yaxşı göstərici 25 faiz səslə İtaliya təmsilçisi “Milan”ın hücumçusu Andre Silvaya məxsusdur. Üçüncü yeri isə səslərin 14 faizini qazanan Çexiyanın “Slaviya” komandasının yarımmüdafiəçisi Yozef Xuşbauer tutub.


Müəllif: dj_natiq
65 24.11.17


Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi